BAKI, 2 oktyabr. TELEQRAF
Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev ilə Tacikistan xarici işlər naziri Sirojiddin Muhriddin arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, nazirlər ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi, o cümlədən regional və beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Qazaxıstan və Tacikistan arasında müttəfiqlik münasibətlərini dərinləşdirməyə və daha yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə maksimum töhfə verməyə hazır olduqları təsdiqlənib.
Həmsöhbətlər qarşıdan gələn tədbirlərin qrafikinə də nəzər salıblar.