BAKI, 1 oktyabr. TELEQRAF
“Noyabrın 30-da keçiriləcək növbədənkənar parlament seçkilərinə şəxsən özüm nəzarət edəcəyəm”.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov xalqa müraciətində deyib.
“Mən qərəzsiz müşahidəçi kimi bu seçkiyə əvvəldən axıra qədər şəxsən nəzarət edəcəyəm. Əgər hansısa məntəqədə qanunsuzluq olarsa, Mərkəzi Seçki Komissiyasının araşdırmalarında şəxsən iştirak edəcəyəm və ya komissiya yaradıb, etibar etdiyim adamları göndərəcəyəm. Hər bir işin nəticəsini qərəzsiz müəyyən edəcəyik.
Gəlin, inkişaf etmiş ölkələr kimi sivilizasiyanın zirvəsinə çatmağa çalışaq. İqtisadiyyatla məşğul olaq, müdafiəmizi, təhlükəsizliyimizi gücləndirək. Bir sözlə, bu seçki tariximizdə heç vaxt olmadığı qədər təmiz keçirilməlidir. Xalq öz istədiyi namizədi seçməlidir”, - dövlət başçısı vurğulayıb.