BAKI, 1 oktyabr. TELEQRAF

Bişkekdə Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında Beynəlxalq Sülh və Etimad ilinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Teleqraf xəbər verir ki, tədbiri Türkmənistan səfirliyi və BMT-nin bu ölkədəki nümayəndəliyi təşkil edib.

Konfransda diplomatlar, dövlət qurumlarının, elmi ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun beynəlxalq əməkdaşlığın və etimadın gücləndirilməsi ilə bağlı təşəbbüsləri müzakirə edilib. Türkmənistanın müstəqilliyinin ilk illərindən regional və qlobal sabitliyi təmin edən müsbət neytrallıq siyasətinə xüsusi diqqət yetirilib.

2025-ci ildə Türkmənistanın daimi neytrallığının 30 illiyi tamam olur. Dekabrda Aşqabadda Beynəlxalq Sülh və Etimad İli təşəbbüsünün davamı olan yüksək səviyyəli beynəlxalq forum keçiriləcək.