BAKI, 30 sentyabr. TELEQRAF

“Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olan ölkələr sabit nəqliyyat infrastrukturu yaratmalıdırlar”.

Teleqraf xəbər verir ki, bu barədə Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında Qırğızıstan Baş naziri Adılbek Kasıməliyev bildirib.

“Avrasiya İqtisadi Birliyinin qarşısında Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirəcək və bununla da təkcə dövlətlərimizin daxili əlaqəsini deyil, həm də onların qlobal ticarətdə tam iştirakını təmin edəcək dayanıqlı və bir-biri ilə əlaqəli nəqliyyat sisteminin qurulması strateji vəzifəsi durur”, - baş nazir qeyd edib.