BAKI, 30 sentyabr. TELEQRAF

“Rəqəmsal xidmətlərin inteqrasiyası Avrasiya İqtisadi Birliyində (AİB) sənaye əməkdaşlığını asanlaşdıracaq”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Baş naziri Oljas Bektenov deyib.

O qeyd edib ki, AİB-də əməkdaşlıq iki il əvvəl kooperativ istehsala başlayan müəssisələr üçün təsdiq edilmiş kredit subsidiyaları ilə dəstəklənir.

“Bu təşəbbüslərə təkan vermək üçün ölkələrimizin rəqəmsal xidmətlərinin inteqrasiyası üçün səyləri birləşdirməyi təklif edirik”, - Qazaxıstan Baş naziri bildirib.