BAKI, 29 sentyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev özünə yeni müşavir təyin edib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısının sərəncamı ilə Lazar Yernar Qazaxıstan Respublikası Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri təyin olunub, o, əvvəlki vəzifəsindən azad edilib”, - məlumatda deyilir.
L.Yernar 2023-cü ilin sentyabrından Prezident Administrasiyasının Xarici Siyasət Şöbəsinin müdiri vəzifəsini tuturdu.
Xatırladaq ki, sentyabrın 25-də Baxıtjan Sapiyev prezidentin müşaviri təyin olunub. Kasım-Jomart Tokayev həmçinin prezidentin köməkçiləri Tamara Duysenova və Kanat Şarlapaevi vəzifələrindən azad edib. Bundan başqa, dövlət başçısının sərəncamı ilə Yernar Baspayev prezidentin müşaviri vəzifəsindən azad olunub.