BAKI, 29 sentyabr. TELEQRAF
Özbəkistanda tanınmış su təsərrüfatı mütəxəssisi İsmayıl Jurabekov 94 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
İ.Jurabekov 1990-cı illər - 2000-ci illərin əvvəllərində kənd təsərrüfatı sektorunda rəhbər vəzifələrdə çalışıb, o cümlədən kənd təsərrüfatı naziri və prezidentin müşaviri olub.