BAKI, 26 sentyabr. TELEQRAF

Qazaxıstan parlamentinin deputatı Unzila Şapak bu yaxınlarda qəbul edilmiş “Süni intellekt haqqında” qanunun necə işləyəcəyindən danışıb.

Teleqraf xəbər verir ki, o, bu barədə yerli KİV-ə bildirib.

“Bu sənəd ölkəmiz üçün ilk və ən vacib addımlardan biri olacaq. Qanun süni intellektlə bağlı yeni hüquqi anlayışları təqdim edir və milli süni intellekt platformasının yaradılmasını nəzərdə tutur. Son illərdə süni intellekt mövzusu qlobal səviyyədə qızğın müzakirə olunur. Bu texnologiyalar nəinki gündəlik həyatımıza daxil olub, həm də hüquqi baxımdan yeni tələbləri diktə edir. Qazaxıstan da bu prosesdən kənarda qalmayıb.

Süni intellekt insanları tam əvəz edə bilməz. Amma müxtəlif problemlərin həlli yollarını tapmaqda əvəzsiz vasitədir. Süni intellekt yaratmaq və həyata keçirmək üçün ilk növbədə milli platforma yaratmaq lazımdır”, - deputat qeyd edib.