BAKI, 26 sentyabr. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Prezidenti Donald Trampın son vaxtlar Moskvaya qarşı səsləndirdiyi sərt bəyanatlarını “danışıqlar taktikası” adlandırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə TASS-a bildirib.

“Mənə elə gəlir ki, bu, danışıqların aparılması üçün taktika, strategiya, siyasi manevrdir”, - diplomat qeyd edib.