BAKI, 23 sentyabr. TELEQRAF

Qazaxıstan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq niyyətində deyil.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin ticarət və inteqrasiya naziri Arman Şakkalıyev bildirib.

“Heç yerə getmirik. İnteqrasiya məkanındayıq – onun üstünlükləri göz qabağındadır. Son 10 ildə AİB ölkələri ilə ticarət dövriyyəmiz artıb. Əhəmiyyətli artım müşahidə etmişik - bu il təxminən 20 milyard. Bu, bizim üçün çox böyük bazardır və biz bir-birimizi bir neçə cəhətdən tamamlayırıq. Ona görə də ayrılmaqdan söhbət gedə bilməz”, - nazir qeyd edib.