BAKI, 19 sentyabr. TELEQRAF

Özbəkistan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq yolunda daha üç ölkə - Argentina, Avstraliya və Hondurasla (ümumilikdə 29 ölkə) ikitərəfli protokollar imzalayıb.

Teleqraf xəbər verir ki, üzvlük danışıqlarını tam başa çatdırmaq üçün yalnız 3 ölkə qalıb.

Məsələ ilə bağlı danışan Özbəkistan prezidentinin xüsusi nümayəndəsi Azizbek Orunov bildirib ki, Daşkənd bunlardan əlavə ÜTT-ün daha iki üzvü ilə prinsipial razılaşmalar əldə edib.

Qeyd olunub ki, ÜTT-yə üzvlüklə bağlı razılıq əldə olunan ölkələrin sayı 29-a çatıb.

Xatırladaq ki, sentyabrın 18-də Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Cenevrədə Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala ilə görüşmüşdü.