BAKI, 18 sentyabr. TELEQRAF
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) Türkmənistanda xərçəng müalicəsinin inkişafına yönəlmiş imPACT missiyasını başa vurub.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.
Sentyabrın 8-dən 13-dək ekspertlər Aşqabad və Daşoğuz şəhərlərində işləyib, profilaktika, diaqnostika, müalicə və palliativ yardımı qiymətləndiriblər.
Mütəxəssislər aparıcı tibb mərkəzlərində olub, dövlət qurumları və təhsil ocaqlarında görüşlər keçirib, onkologiya sahəsində maliyyə və siyasət məsələlərini müzakirə ediblər.
Missiyanın nəticələrinə əsasən davamlı onkoloji yardım sisteminin inkişafı üçün tövsiyələr təqdim olunub.