BAKI, 17 sentyabr. TELEQRAF
Qırğızıstan parlamenti sentyabrın 24-25-də özünü buraxa bilər.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.
“Qırğızıstan parlamentinin özünü buraxması haqqında qanun layihəsi Konstitusiya Komitəsinə təqdim edilib. Məsələyə sentyabrın 23-də keçiriləcək növbəti iclasda baxılacaq”, - deputat Çolpon Sultanbekova deyib.
Parlamentin spikeri Nurlanbek Turqunbek Ulu da bildirib ki, parlamentin özünü buraxması prosesi gedir və o, növbədənkənar seçki təşəbbüsünü düzgün hesab edir.
Qeyd edək ki, bundan əvvəl parlamentin bir qrup deputatı qanunverici orqanın buraxılması üçün imzatoplama kampaniyası keçirmişdi.