BAKI, 3 sentyabr. TELEQRAF

Rusiyanın Krasnoyarsk vilayətində hava limanına məcburi eniş edən təyyarə uçuş-enmə zolağından kənara çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat İdarəsi məlumat yayıb.

“Təyyarə Çeremşanka hava limanında məcburi eniş edib. Təyyarə uçuş-enmə zolağından çıxıb. Təyyarənin Çeremşankaya enməsi faktını təsdiq edirik. Hazırda hava limanında fövqəladə xidmətlər işləyir və təyyarələrin qəbulu üçün bağlıdır”, - qurumdan TASS-a İl-76-nın təcili enişi ilə bağlı suala cavab olaraq bildiriblər.

Qurum qeyd edib ki, Çeremşankadan 4 km aralıda yerləşən Krasnoyarsk beynəlxalq hava limanı normal rejimdə işləyir.

Çeremşanka hava limanı yerli marşrutlarda uçuşlar həyata keçirmək və tranzit təyyarələrə xidmət göstərmək üçün istifadə olunur.