BAKI, 3 sentyabr. TELEQRAF

“Rusiya tərəfi ABŞ Prezidenti Donald Trampın cavab səfərini gözləyir”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Ölkəmizin prezidenti bunu Alyaskada keçirilən sammitdə iştirakından sonra söyləmişdi. O, müvafiq açıqlamalar verib. Mən də ondan sitat gətirə bilərəm, o, ABŞ Prezidentini açıq şəkildə Rusiyaya dəvət edib”, - diplomat bildirib.