BAKI, 1 sentyabr. TELEQRAF
İki ölkə sərhədində Özbəkistan sərhədçiləri tərəfindən onları saxlamaq cəhdi zamanı iki Qırğızıstan vətəndaşı həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, tələblərə tabe olmadıqları üçün onları saxlamağa cəhd edən özbəkistanlı sərhədçilər silahdan istifadə etməli olub, nəticədə hər iki şəxs ölümcül güllə yaraları alıblar.
Hadisənin baş vermə şəraiti Bişkek və Daşkənd arasında araşdırma predmeti olacaq, nəticələri ictimaiyyətə açıqlanacaq.