BAKI, 1 sentyabr. TELEQRAF

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlətlərin liderləri Tiencin (Çin) sammitinin yekunları üzrə bəyannamə qəbul ediblər.

Teleqraf xəbər verir ki, avqustun 31-dən sentyabrın 1-dək keçirilən sammitdə 20-dən çox dövlətin lideri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və 10 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib.

ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. İlkin olaraq onun tərkibinə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan, 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə Belarus qoşulub.