BAKI, 12 avqust. TELEQRAF

“Ümid edirəm ki, hakimlər cəsarət göstərəcək və qardaşım barədə verilən hökmləri qanunsuz elan edəcəklər”.

Teleqraf xəbər verir ki, bunu Pakistanın sabiq baş naziri Alimə Xan yerli KİV-ə bildirib.

A.Xan qardaşının işi ilə bağlı Apelyasiya Məhkəməsinə müraciət etdiyini söyləyib. Apellyasiya şikayətləri gələn həftəyə təyin edilib.

“Dua edirik ki, hakimlər ədalətin təmin edilməsi üçün cəsarət tapsınlar və cəzaları qanunsuz elan etsinlər”, - o deyib.

Sosial şəbəkələrin Pakistan seqmentində yayılan bir videoda isə keçmiş baş nazirin oğlu Qasım Xanın bir ABŞ telekanalına verdiyi müsahibədə atasının həbsxanasından azad edilməsini təmin etmək üçün İsrailə müraciət etdiyini dediyi görünür. İddia ölkədə müzakirə və etirazlara səbəb olub. Amma özü bunu dərhal təkzib edib.

Qasım Xanın adından yayılan, ardınca təkzib edilən videoda deyilir: “Biz bundan utanırıq. İndi gözlərimiz İsraildədir. Atam İsrail üçün çox şey edib və indi onlar da bizə kömək etməlidirlər”.

Aprelin 11-də Pakistan parlamentinin sessiyası zamanı İmran Xanın sədri olduğu Ədalət Hərəkatı Partiyasının deputatları spikerin kürsüsü önündə sabiq baş nazirin dərhal azad edilməsi üçün şüarlar səsləndirərək etiraz aksiyası keçiriblər.

Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistan baş naziri olub. 2022-ci il aprelin 10-da parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən kənarlaşdırılıb. 2023-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya ittihamları ilə 14 il həbs cəzası alıb.