BAKI, 24 iyun. TELEQRAF

“Rusiya-İran münasibətlərini pozmaq istəyən qüvvələr çoxdur”.

Teleqraf xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın İsraillə münaqişədə İrana kifayət qədər kömək etmədiyi iddiasını şərh edərkən deyib.

“Aranı qızışdırmaq, Tehranla Moskva arasında münasibətlərə xələl gətirmək istəyənlər çoxdur. Biz İranla münasibətləri inkişaf etdirmək niyyətindəyik. Rusiya ortaya qoyduğu mövqeyi ilə İranı dəstəklədi”, - Rusiya rəsmisi bildirib.