BAKI, 21 iyun. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri İranın Əhvaz vilayətinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Əməliyyat zamanı İran Silahlı Qüvvələrinin bölgədəki hərbi infrastrukturunun hədəfə alındığı bildirilib.
Həmçinin KİV İranın Xuzistan vilayətinə genişmiqyaslı hücum barədə məlumat verib.
“İsrail Müdafiə Qüvvələri Xuzistan əyalətində enerji obyektləri və neft-kimya zavodlarının yerləşdiyi Bəndər Məşhar şəhərinə hücum edib”, - məlumatda deyilir.