BAKI, 10 iyun. TELEQRAF

Hindistan Baş naziri Narendra Modiyə Ermənistanda hind filmləri çəkmək təklif edilib.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan Kinematoqrafçılar Assosiasiyasının (AICWA) açıqlamasında bildirilib.

Qurum Ermənistan-Hindistan İşgüzar Şurasının (AIBC) iki ölkə arasında mədəniyyət və kinematoqrafiya sahələrində əməkdaşlığının genişləndirilməsi təklifini alqışlayıb.

Açıqlamada assosiasiyanın Ermənistanın kino infrastrukturu və xarici film layihələri üçün 35 faizlik endirimi vurğulanaraq, hind filmləri üçün bu ölkənin üstünlük verilən məkana çevrilməkdə artan marağı da qeyd olunub. AICWA bu təklifi Hindistan Baş naziri Narendra Modiyə təqdim etdiyini bildirib.

Həmçinin açıqlamada Pakistan və Hindistan arasındakı son hərbi qarşıdurmada Dehlini dəstəklədiyinə görə İrəvana təşəkkür edilib.