BAKI, 14 may. TELEQRAF

Pakistan Baş naziri Şahbaz Şərif Hindistanla son toqquşmalar zamanı ölkəsini dəstəkləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

“Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanın Pakistana güclü dəstəyi və sarsılmaz həmrəyliyi məni dərindən təsirləndirdi. Pakistan Türkiyə ilə hər yeni çağırışla daha da güclənən uzunmüddətli, zamanın sınağından çıxmış və davamlı qardaşlıq əlaqələri ilə fəxr edir. Mən Zati-alilərinizin Cənubi Asiyada sülhün bərqərar olması üçün konstruktiv roluna və qətiyyətli səylərinə görə xüsusilə minnətdaram.

Qoy Pakistan və Türkiyə arasındakı əlaqələr iki ölkə və xalqlarımız üçün parlaq və firavan gələcək qurmaq üçün birlikdə çalışdıqca daha da güclənsin”, - Şahbaz Şərif bildirib.