BAKI, 12 may. TELEQRAF
Hindistan və Pakistan arasında hərbi səviyyədə danışıqlar başlayıb. Müzakirələr telefon vasitəsilə aparılır.
Teleqraf xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, danışıqlar iki ölkə arasında atəşkəs razılaşması ilə bağlıdır.
***
13:24
Hindistan-Pakistan hərbi rəsmilərinin bu günə nəzərdə tutulmuş danışıqları təxirə salınıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi Hindistan Silahlı Qüvvələrinə istinadla məlumat yayıb.
Danışıqların günorta saatlarında iki ölkə arasında telefon vasitəsilə baş tutması planlaşdırılırdı. Razılaşma mayın 10-da Hindistan və Pakistan arasında atəşkəs elan edilərkən əldə olunmuşdu.
“Reuters”in məlumatına görə, hərbi rəsmilərin söhbəti bu gün axşama qədər təxirə salınıb.