BAKI, 10 may. TELEQRAF
Hindistan Xarici İşlər Nazirliyi də iki ölkə arasında atəşkəsi və hərbi əməliyyatların dayandırılmasını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyindən yerli KİV-ə bildirilib.
“Hindistan və Pakistan arasında atəşkəs və hərbi əməliyyatların dayandırılması birbaşa iki ölkə arasında razılaşdırılıb”, - məlumatda deyilir.
XİN bəyan edib ki, Hindistan və Pakistan arasında atəşkəs razılaşması artıq qüvvəyə minib.
***
16:17
Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar Hindistanla atəşkəsi təsdiqləyib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial kedia hesabında bildirib.
“Pakistan və Hindistan dərhal qüvvəyə minən atəşkəs haqqında razılığa gəlib. Pakistan həmişə öz suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmədən bölgədə sülh və təhlükəsizlik axtarıb”, - nazir vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan arasında Vaşinqtonun vasitəçiliyi ilə tam atəşkəsin əldə olunduğunu açıqlamışdı.