![](https://teleqraf.az/storage/2025/02/10/715x378/robbins.jpg)
BAKI, 10 fevral. TELEQRAF
Amerikalı yazıçı Tom Robbins 93 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə onun həyat yoldaşı Alexa Robbins "Facebook"-da məlumat verib.
Yazıçı ölümündən əvvəl insanların onun əsərlərini oxuyaraq xatirəsini ehtiramla yad etmələrini arzulayıb.
Robbins 1970-ci illərdə Amerika hipsterləri arasında şöhrət qazanıb. Yazıçının 10-dan çox kitabı işıq üzü görüb.