Əməkdar mədəniyyət işçisi Arif Həbibi 78 yaşında dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu haqda Arif Həbibinin qızı İlhamə Həbibi sosial şəbəkədə məlumat verib.

Qeyd edək ki, Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub. 1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissor fakültəsini bitirib və həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb.

Dublyaj üzrə ali dərəcəli kinorejissordur. Azərbaycan Kinematoqrafiya İttifaqının üzvüdür.