BAKI, 5 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkənin Müstəqillik Günü münasibətilə etdiyi çıxışda amerikalıların silah saxlamaq və gəzdirmək hüququnu müdafiə etməyə davam edəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, Donald Tramp bu barədə Vaşinqtonda keçirilən bayram tədbirində çıxışı zamanı danışıb.

ABŞ prezidenti bildirib ki, silaha sahib olmaq və onu gəzdirmək hüququnun qorunması onun administrasiyasının əsas prioritetlərindən biridir.

"Silaha sahib olmaq və onu gəzdirmək hüququ. Biz bu hüququ çox diqqətlə qorumuşuq", - deyə Tramp vurğulayıb.

O, həmçinin "Amerika arzusu"nun geri qayıtdığını söyləyərək, onun çox güclü və möhtəşəm olduğunu qeyd edib.

Tramp əlavə edib ki, ABŞ öz ambisiyalarını genişləndirməkdən heç vaxt əl çəkməyəcək.