Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə oktyabrın sonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə münasibətilə “Tacikfilm” kinostudiyasında “Əbədi ezamiyyət” sənədli-bədii filmi nümayiş etdiriləcək.
Teleqraf.com xəbər verir ki, ekran əsəri 1919-cu ildə Paris Sülh Konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.
Qeyd edək ki, baş prodüseri Arzu Əliyeva olan film 2016-cı ildə Bakı Media Mərkəzi tərəfindən çəkilib.