BAKI, 6 iyul. TELEQRAF
Ermənistanın keçmiş prezident Robert Köçəryanın müxalifət bloku olan "Ermənistan" parlament mandatlarını qəbul edəcək və yeni parlamentə qoşulacaq.
Teleqraf xəbər verir ki, bu barədə blokun "Facebook" səhifəsində məlumat verilib.
Bəyanatda deyilir: "Vətən və seçicilər qarşısında məsuliyyətini dərk edən "Ermənistan" bloku parlamentə siyasi müqavimətin ön cəbhəsində öz payına düşən məsuliyyəti daşımağa hazır olan ideoloji və sarsılmaz siyasi komandanı həvalə edir".