BAKI, 6 iyul. TELEQRAF
Paytaxtda yol qəzası baş verib, yaralananlar var.
Teleqraf xəbər verir ki, hadisə Xətai rayonunda Hövsan qəsəbəsinin MİDA yaşayış massivi ərazisində baş verib.
"Kia" ilə "Changan" markalı avtomobillərin toqquşması zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma başlanıb.