ŞUŞA, 6 iyul. TELEQRAF
Dünyada yaşayan çərkəzlərin yalnız 10 faizi tarixi yurdlarında yaşayır və öz torpaqlarına qayıtmaq hüququna malikdir.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Tbilisi Dövlət Universitetinin Qafqazşünaslıq İnstitutunun sədri, professor Merab Çuxua “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfransda deyib.
M.Çuxua bildirib ki, hazırda dünyada təxminən 6,2 milyon çərkəz yaşayır, lakin onların cəmi 10 faizi tarixi vətənində məskunlaşıb:
“Bu gün yox olmaq təhlükəsi ilə üzləşən çərkəzlər vaxtilə zorla qovulduqları tarixi torpaqlarına qayıtmaq istəyirlər və bu, onların hüququdur”.
Professor qeyd edib ki, Soçi şəhəri də daxil olmaqla, Rusiyanın bir sıra əraziləri tarixi çərkəz torpaqlarıdır.