BAKI, 29 iyul. TELEQRAF
İsrail Baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) orderi əsasında həbs olunması ilə bağlı çağırışlara baxmayaraq, sentyabrda ABŞ-nin Nyu-York şəhərinə səfər etməyi planlaşdırdığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə New York Post qəzeti məlumat yayıb.
“Əlbəttə, Nyu-Yorka gedəcəm. Orada həqiqəti nifrət yayan və Nyu-York sakinlərini bir-birinə qarşı qızışdıran seçilmiş məmurun qarşısında deyəcəm”, - Netanyahu bildirib.
Nyu-York meri Zöhran Mamdani bundan əvvəl bəyan edib ki, federal hökumətin dəstəyi olmadan BCM-nin orderi əsasında Netanyahunu həbs etmək səlahiyyətinə malik deyil. Amma şəhər administrasiyası qüvvədə olan qanunvericilik çərçivəsində bütün mümkün hüquqi variantları nəzərdən keçirib.
ABŞ Prezidenti Donald Tramp isə bu ideyanı qəti şəkildə rədd edib. O, “Truth Social”da İsrail Baş nazirinin ABŞ ərazisində olduğu müddətdə heç bir şəkildə, heç bir formada və heç bir halda həbs olunmayacağını bəyan açıqlayıb.