BAKI, 3 iyul. TELEQRAF
Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO sammitinin təşkilatçıları ABŞ Prezidenti Donald Trampın görüşlər zamanı darıxmaması üçün cəmi üç saatlıq sessiya keçirməyi planlaşdırırlar.
Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Politico” məlumat yayıb.
Mənbələrin sözlərinə görə, təşkilatçılar Trampın diqqətini müdafiə xərclərinin artırılması məsələlərinə yönəltmək üçün görüşlərin müddətini xüsusi olaraq qısaldacaqlar.
Qeyd edək ki, NATO-nun zirvə görüşü 7-8 iyul tarixlərində Ankarada keçiriləcək.