BAKI, 19 iyun. TELEQRAF
“İtaliya Baş naziri Corciya Meloni G7 sammitində şəkil çəkdirmək üçün mənə yalvardı”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Yəqin onunla danışdığıma görə sevinir. Mənim onunla danışmaq öhdəliyim yox idi. Şəkil çəkdirmək üçün mənə yalvarırdı. Mənimlə şəkil çəkdirmək istəyirdi. Mən bunu etməyə də bilərdim, amma ona yazığım gəldi”, - o bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti bundan əvvəl Corciya Meloni və digər Avropa liderlərini İran və Hörmüz boğazı məsələsində yardım göstərmək istəməməkdə ittiham edib.
Gərginlik İtaliya Baş nazirinin Donald Trampın tənqid etdiyi Roma Papası XIV Leonu açıq şəkildə müdafiə etməsindən sonra daha da artıb. Meloni Amerika liderinin Papa ilə bağlı açıqlamalarını “qəbuledilməz” adlandırıb.
Corciya Meloni bura qədər Donald Trampı tənqid etməkdən çəkinirdi, hətta onun Nobel sülh mükafatına namizəd göstərilməsini təklif etmişdi. İtaliya Baş naziri Avropa İttifaqında ABŞ Prezidentinə ən yaxın liderlərdən biri hesab olunurdu və buna görə də tənqidlərə məruz qalırdı.