BAKI, 7 may. TELEQRAF
ABŞ İranla münaqişə fonunda fevral ayından bəri Yaxın Şərqdəki bazalarındakı qoşun kontingentini təxminən 10 000 əsgər artıraraq, 50 000-ə çatdırıb.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadla məlumat yayıb.
ABŞ İrana qarşı hərbi əməliyyatından əvvəl Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İordaniya, Qətər, Küveyt və Bəhreyndəki bazalarda təxminən 40 000 əsgər yerləşdirib. Hazırda bölgədəki ABŞ əsgərlərinin sayı 50 000-i keçib.
Qeyd edilib ki, Yaxın Şərqdəki bütün kontingent tam döyüş hazırlığı vəziyyətindədir. Ağ Ev İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazır olması ilə bağlı ziddiyyətli siqnallar göndərir.