BAKI, 21 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İslamabadda keçiriləcək Tehran-Vaşinqton danışıqlarının ikinci raundunda iştirak edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Pakistanın rəsmi mənbələrinə istinadla “Reuters” məlumat yayıb.
Agentliyə danışan Pakistan rəsmisi deyib ki, razılaşma sazişi imzalanarsa, Donald Tramp görüşdə şəxsən və ya virtual şəkildə iştirak edə bilər.
“Proses irəliləyir, danışıqların aprelin 22-də baş tutacağı gözlənilir”, - rəsmi vurğulayıb.
Müzakirələrdə ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vens, İran tərəfinə parlamentin sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edəcək.