BAKI, 17 aprel. TELEQRAF
ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Hanter Baydenin 20 milyon dollardan çox borcu olduğu və ödənişdən yayındığı iddia edilir.
Teleqraf xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb. Məlumata görə, o, hazırda Kaliforniya ştatında, Los-Anceles ətrafında yerləşən geniş ərazili mülkdə yaşayır.
Qeyd olunur ki, daha əvvəl “Daily Mail” nəşri Hanter Baydenin 17 milyon dollarlıq borc səbəbilə ABŞ-ni tərk edə biləcəyini və Cənubi Afrikaya səfərlər etdiyini yazmışdı. Lakin “New York Post”un mənbələri bu məlumatların diqqəti yayındırmaq məqsədi daşıdığını iddia edir.
Məlumata görə, Hanter Baydenin Vaşinqtonda hüquqşünaslara təxminən 17 milyon dollar, iş adamı Kevin Morrisə 5 milyon dollar və adı açıqlanmayan sənət qalereyası nümayəndəsinə 1 milyon dollardan çox borcu olduğu bildirilir.