BAKI, 8 aprel. TELEQRAF

“ABŞ Silahlı Qüvvələri zəruri hallarda İrana qarşı hərbi əməliyyatları davam etdirməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn deyib.

Baş Qərargah rəisi vurğulayıb ki, ABŞ Silahlı Qüvvələri İranda hərbi məqsədlərinə nail olub.

“ABŞ Ordusu İranda hərbi əməliyyat zamanı 13 mindən çox hədəfi zərərsizləşdirib. ABŞ İranın hava hücumundan müdafiə sistemlərinin 80, dəniz qüvvələrinin 90, silah istehsalı müəssisələrinin də 90 faizdən çoxunu məhv edib”, - Den Keyn bildirib.