BAKI, 8 dekabr. TELEQRAF

“ABŞ-yə kütləvi miqrasiya vətəndaşlarımızın Amerika arzusunu əlindən almaq deməkdir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens sosial media hesabında yazıb.

“Kütləvi miqrasiya Amerika arzusunun oğurlanması deməkdirr. Bu həmişə belə olub və bunun əksini sübut etməyə çalışan istənilən analitik iş, elmi hesabat və ya ekonometriya tədqiqat köhnə sistem vasitəsilə varlanmış insanlar tərəfindən maliyyələşdirilib”, - Vens qeyd edib.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl bildirib ki, onun hakimiyyətə gəlişindən əvvəl ölkəyə təxminən 25 milyon insan qanunsuz şəkildə daxil olub. Tramp dəfələrlə miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Prezident bəyan edib ki, ABŞ tarixində ən genişmiqyaslı qeyri-qanuni miqrantların deportasiya əməliyyatını həyata keçirməkdə qərarlıdır.