BAKI, 2 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp oktyabrın 3-də kəşfiyyatın mətbuata qapalı toplantısında iştirak edəcək.
Teleqraf xəbər verir ki, tədbir Ağ Evin Oval kabinetində olacaq.
Müzakirə mövzusu açıqlanmayıb.
“The Wall Street Journal” bundan əvvəl ABŞ-nin Ukraynaya Rusiyanın enerji infrastrukturuna raket zərbələri endirmək üçün kəşfiyyat məlumatı verəcəyini yazmışdı. Qeyd olunmuşdu ki, Amerika rəsmiləri NATO müttəfiqlərindən də Kiyevə analoji dəstək göstərməyi xahiş ediblər. ABŞ həmçinin Ukraynaya “Tomaqavk” qanadlı raketləri və “Barakuda” döyüş sursatları göndərməyi düşünür.