BAKI, 4 iyul. TELEQRAF
Respublikaçı senator Co Bekon ABŞ Prezidenti Donald Trampı Ukrayna ilə bağlı yanaşmasına yenidən baxmağa çağırıb.
Teleqraf xəbər verir ki, siyasətçi bu barədə "X" sosial şəbəkəsində yazıb.
“Cənab Prezident, sizin Rusiya siyasətiniz nəticə vermir. Biz danışıqlar apararkən Putin Ukrayna şəhərlərini bombalayır. Kiyevə bugünkü hücum buna misaldır”, - o bildirib.
Bekonun fikrincə, Trampın Rusiya ilə bağlı strategiyasını dəyişməsinin vaxtı çatıb:
“Biz və müttəfiqlərimiz Ukraynanı dişinə qədər silahlandırmalıyıq və Rusiyaya qarşı ən sərt sanksiyalar tətbiq edilməlidir. Putin sizi və Amerikanı ələ salır”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 3-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqları aparıb.