BAKI, 2 iyul. TELEQRAF

“ABŞ-nin keçmiş prezidenti Co Bayden imzalama işində məsuliyyətə cəlb edilsəydi, başına gələnləri dərk edə bilməzdi”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bayden bir çox insanı əfv edib. Onun əfv etmədiyi yeganə şəxs özüdür. Bilmirəm, onun mənə etdiklərini mən də ona edərdim, ya yox. Problem ondadır ki, o, nə baş verdiyini başa düşməzdi”, - o, istintaqla bağlı suala cavab verib.

Tramp həmçinin Baydeni “ABŞ tarixinin ən pis prezidenti” adlandırıb və keçmiş prezidentlər Barak Obama və Corc Buşu tənqid edib. Tramp son illərdəki ABŞ liderləri arasında yalnız özünü tərifləyib.

Xatırladaq ki, Donald Tramp iyunun 5-də prezident olarkən Co Baydenin adından sənədləri köməkçilərinin imzaladığını iddia edərək, bu barədə təhqiqata başlamaq haqqında sərəncam verib. Həmçinin o bildirib ki, Baydenin qohumları da daxil olmaqla təxminən 2500 nəfərin əfv edilməsi haqqında sərəncamlarının heç bir hüquqi qüvvəsi yoxdur, çünki onlar keçmiş prezidentin xəbəri olmadan qələmlə imzalanıb.

Baydenin dövründə Tramp barəsində 4 cinayət işi açılıb və bir neçə inzibati işdə müttəhim olub. 2025-ci il yanvarın 10-da Nyu-York məhkəməsi onu qeyd-şərtsiz sərbəst buraxıb.