BAKI, 27 iyun. TELEQRAF
ABŞ, Amerika texnologiya şirkətlərinə təsir edən rəqəmsal xidmətlər vergisinin tətbiqi səbəbindən Kanada ilə bütün ticarət danışıqlarını dərhal dayandırır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” sosial şəbəkəsində yazıb.
"İndicə öyrəndik ki, ABŞ ilə ticarət sahəsində çətinliklər yaşayan və süd məhsullarımıza 400% rüsum tətbiq edən Kanada bu dəfə texnologiya şirkətlərimizə qarşı rəqəmsal xidmətlər vergisi tətbiq edib”, - Ağ Ev sahibi yazıb.
O, bunu ABŞ-yə qarşı "birbaşa və açıq hücum" adlandırıb.