BAKI, 11 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə yaxşı münasibətlərinin olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, iyunun 4-də Rusiya lideri ilə son telefon danışığının Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına həsr olunduğunu açıqlayıb.

“Əsasən müharibə və onu necə bitirmək barədə danışdıq. Mənim onunla (Putin – red.) əla münasibətim var. 2020-ci ildə prezident seçkiləri saxtalaşdırılmasaydı, bu müharibə heç vaxt baş verməzdi”, - D.Tramp qeyd edib.