BAKI, 6 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, bir müddət əvvəl onun administrasiyasında Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini tutan sahibkar İlon Maskın hücumları onu narahat etmir.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tramp vurğulayıb ki, Maskın ona qarşı çıxması onu narahat etmir. ABŞ Prezidentinin fikrincə, sahibkar bunu bir neçə ay əvvəl etməli idi.

Ağ Ev rəhbəri əlavə edib ki, Maskın tənqid etdiyi dövlət xərcləri haqqında qanun layihəsi indiyədək ABŞ Konqresinə təqdim edilmiş ən yaxşı sənədlərdən biridir.

Tramp əlavə edib ki, əgər bu qanun layihəsi qəbul edilməsə, bunun ardınca vergilərin 68% artırılması və "daha pis şeylər" baş verəcək.