BAKI, 30 aprel. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin mənə görə bütün Ukraynanı ələ keçirməyəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“(Putin) Mənə hörmət edir, inanıram ki, mənə görə bütün Ukraynanı ələ keçirməyəcək. Onun qərarı bütün Ukraynanı ələ keçirmək idi”, - Amerika lideri bildirib.
Tramp həmçinin Putinin Ukrayna şəhərlərinə raket atdığını görəndə sevinmədiyini iddia edib.