
BAKI, 28 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukraynada daimi atəşkəsə nail olmaq istəyir.
Teleqraf xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Levitt Rusiya Prezidenti Vladimir Putinin üçgünlük atəşkəs təklifini şərh edərkən deyib.
“Tramp açıq şəkildə bildirib ki, onun məqsədi daimi atəşkəsə nail olmaqdır”, - Ağ Evin sözçüsü bəyan edib.
Xatırladaq ki, Rusiya prezidenti bundan əvvəl İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar üçgünlük (8-11 may) atəşkəs elan etmişdi.