BAKI, 19 mart. TELEQRAF

ABŞ Hökumətinin Effektivlik Departamentinin (DOGE) rəhbəri İlon Mask pis adamların onu öldürmək istəyi barədə danışıb.

Teleqraf xəbər verir ki, bu fikirləri o, "Fox News"a müsahibəsində bildirib.

Son həftələrdə federal bürokratiyanı azaltmağa yönəlmiş səylər səbəbindən tənqidlərin hədəfinə çevrilən İlon Mask bildirib:

“Məni öldürmək istəyirlər, çünki onların fırıldaqlarını dayandırıram. Hökumətdəki dəhşətli israfı və korrupsiyanı dayandırırıq və məncə onlar pis insanlardır. Pis insanlar pis əməllər törədir”.