BAKI, 4 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşünün ilk yarım saatında ona qarşı nəzakətli olmaq üçün əlindən gələni edib.

Teleqraf xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib.

“İlk 25-30 dəqiqə ərzində o, Tramp Zelenski ilə mehriban və dost olmaq üçün əlindən gələni etdi, hətta Zelenski həqiqətə uyğun olmadığını düşündüyüm şeylər deyərək onu ələ salmağa çalışsa da. Prezident nəzakətli olmağa çalışdı”, - vitse-prezident bildirib.

Vens əlavə edib ki, Zelenski ilə Amerika lideri arasında söhbət qızışdıqdan sonra vəziyyəti düzəltməyə çalışıb.

“Mən deməyə çalışdım ki, bəlkə söhbəti bağlı qapılar arxasında keçirək, amma prezident bu söhbəti özəl etmək istəmədiyini və bunu Amerika xalqının görməsi üçün açıq şəkildə etmək istədiyini söylədi”.