![](https://teleqraf.az/storage/2025/02/08/715x378/3982038w-pic_32ratio_900x600-900x600-39199.jpg)
BAKI, 8 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydeni yaddaş probleminə görə məxfi sənədlərə giriş icazəsindən məhrum edib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth" sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Biz dərhal Co Baydenin təhlükəsizlik icazələrini ləğv edirik və onun gündəlik kəşfiyyat brifinqlərini dayandırırıq. Bayden “zəif yaddaşdan” əziyyət çəkir və “ən yaxşı illərində” belə ona məxfi məlumatlarla etibar etmək olmazdı”, - Tramp yazıb.
Qeyd edək ki, Donald Trampın özü də Baydenin prezidentliyi dövründə "məxfi sənədlərlə düzgün rəftar etməmək" ittihamı ilə üzləşib.